EN

Benzianın yeni klubu bəlli oldu

  "Qarabağ"dan ayrılan və bir müddət klubsuz olan Yassin Benzianın yeni komandası müəyyənləşib.

Referans  xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi azad agent olaraq Səudiyyə Ərəbistanının "Əl-Feyha" klubu ilə müqavilə bağlayıb. Sözləşmənin müddəti bir illik nəzərdə tutulub. Müqavilə Niderlandda klubun prezidenti Doktor Tavfiq və futbolçu arasında imzalanıb. 

Y.Benzia Səudiyyə Ərəbistanın səviyyəsinin artdığını, futbolçular üçün cəlbedici olduğunu açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində "Fənərbağça", "Olimpiakos" klublarında oynamış Benzia 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.   

Chosen
62
2
referans.az

3Sources