EN

34 illik yurd həsrəti

1991-ci il 7 avqust tarixində indiki Ermənistan ərazisindəki azərbaycanlılar yaşayan sonuncu kəndimiz Nüvədi deportasiyaya məruz qalıb

Heydər Əliyev: Nüvədi camaatı çox dəyanətli insanlardır

İlham Əliyev: Əminəm ki, gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar!

Uzaq və yaxın tariximizdə faciələrimiz çox olub. Yadellilər məmləkətimizə xain hücumlar ediblər, şəhidlər vermişik, torpaq itkilərinə məruz qalmışıq, sərhədlərimiz kiçilib. Xalqımız belə faci?lərdən birini də tarixin bu günündə - 1991-ci il avqustun 7-də yaşayıb. Həmin gün azərbaycanlılar indiki Ermənistan ərazisindən sonuncu deportasiyaya məruz qalıblar. Söhbət tarixi Nüvədi kəndinin əzəli sakinlərinin buradan zorla çıxarılmasından və uzun illər ərzində dişi-dırnağı ilə müqavimət göstərən bu yaşayış məntəqəsinin ermənilərin əlinə keçməsindən gedir. Həmin tarixdən bizi 34 il ayırır.

Xalqımıza qarşı dəhşətli deportasiyalar

İndiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Burada tarix boyu azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən çoxsaylı sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarca yaşayış məntəqələrinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir və bunlar əyani şəkildə təsdiqləyir ki, ermənilər bu yerlərdə sonradan məskunlaşdırılıblar. Bundan sonra torpaqlarımızın ilhaqına start verilib. XX əsr bu baxımdan xalqımız üçün bir sıra faciələrlə yadda qalıb. Belə ki, ötən yüzillikdə indiki Ermənistan ərazisinin abor?gen sakinləri olan azərbaycanlılar bütünlüklə öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalıblar. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında azərbaycanlıların Ermənistan ərazisindən zorla çıxarılmasını “dəhşətli deportasiyalar” kimi səciyyələndirib. Soydaşlarımızın tarixi yurd yerlərindən qovulması bir neçə mərhələdə reallaşdırılıb. Belə ki, bir əsrdə 4 dəfə - 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Bu deportasiyalar və soyqırımları bizim tariximizin bir hissəsidir və gələcəkdə də belə faciələrlə üzləşməmək üçün tariximizi yaxşı öyrənməliyik. Beləliklə, bəzi ştrixlərə diqqət çəkmək yerinə düşər. Xatırlayaq: 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Prezident İlham Əliyev bunu çox doğru olaraq bağışlanmaz bir addım,  xəyanət və cinayət kimi səciyyələndirib.

Zamanında bir çoxları düşünürdülər ki, ermənilər İrəvana sahibləndikdən və tarixi Azərbaycan ərazisində öz dövlətlərini qurduqdan sonra daha dayanacaqlar, bir daha ərazi iddialarından çıxış etməyəcəklər. Ancaq unutmamalıyıq ki, söhbət ermənilərdən - bütün düşüncələri və ruhları ilə “dənizdən-dənizə Ermənistan” mifinə uyan bir toplumdan gedir. Əlavə edək ki, bu toplumun iliyinə həm də “türkə nifrət” ideologiyası yeridilib, hər bir erməni körpəsinin ana laylası məhz bunu təlqin edir.

Ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə keçmiş sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız  olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da səbəbləri və məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə yerləşmişdilər və siyasi qərarlar verilməsinə təsir göstərmək imkanlarına malik idilər. Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq, bununla da eyni zamanda, Türk dünyasını parçalamaq üçün atılmış bir addım idi.

İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi - 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. Bu, keçmiş sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi növbəti cinayəti idi.

Etnik təmizləmənin sonuncu və ən amansız mərhələsi

1970-1980-ci illərdə böyük siyasətçi Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə məkrli proseslərin qarşısı alındı, xalqımız Ermənistan ərazisində növbəti deportasiya və etnik təmizləməyə məruz qalmadı. Lakin 1987-ci ildə Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyindən uzaqlaşması ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti qara günləri başladı. Belə ki, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu mərhələsi həyata keçirildi. Ağır işgəncələrlə, çoxlu sayda insanın məqsədli şəkildə qətlə yetirilməsi ilə müşayiət olunan sonuncu etnik təmizləmə tariximizə ən amansız deportasiya kimi düşdü. Həmin dövrü xatırlayan Prezident İlham Əliyev deyib: “Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi”.

Onu da qeyd edək ki, ötən yüzillikdə Nüvədi kəndi düz 3 dəfə erməni işğalına məruz qalıb. Ermənilər tərəfindən kəndə ilk hücum 1905-ci ildə baş verib. Həmin il Nüvədi camaatı kəndi tərk etməyə məcbur olub. İkinci dəfə Nüvədi 1918-ci ildə ermənilər tərəfindən yandırılıb. Kənd üçüncü dəfə 1991-ci ildə işğal edilib. Qərbi Azərbaycanda 1987-ci ildə başlayan yeni deportasiya, soyqırımı dalğası Nüvədidə dayandırılıb. Kənd camaatı düz 3 il dəyanət göstərərək, vuruşaraq, gecə-gündüz növbə çəkərək doğma el-obanı qoruyub. Təsadüfi deyildir ki, ?lu ?ndərimiz Heydər Əliyev “Nüvədi camaatı çox dəyanətli insanlardır”, - deyirdi. Nüvədililərin bildirdikləri kimi, bu qiymətin əsasında gerçək və şərəfli bir tarix dayanır. Nüvədi Zəngəzurun qeyrət, mətanət qalası kimi düşmənə sinə gərib. Qüvvələr nisbəti bərabər deyildi. Nüvədililər çətinliklərə, məhdudiyyətlərə baxmayaraq,  yalın əllə erməni silahlı dəstələrinə qarşı vuruşurdular, mübarizə aparırdılar. Onların mücadiləsi bir qəhrəmanlıq nümunəsi idi. Sədd heyif ki, Nüvədi köməksiz qaldı və 1991-ci il avqustun 7-dən 8-nə keçən gecə üçüncü dəfə işğal altına düşdü.

Zamanında Nüvədidə yaşamış insanların kəndlə bağ?ı xatirələri çox nisgillidir. Onlar bildirirlər ki, ömrün və yaşın elə bir məqamı gəlir ki, sən doğulduğun yerə getmək, atanın məzarını ziyarət etmək istəyirsən, babanın, nənənin kəndini, ata-baba yurdunu görmək istəyirsən. Amma bu, mümkün olmur. Çünki sənin vətənin işğal altındadır...

Tarixi-mədəni abidələr də erməni vandalizminə məruz qalıb

Ən qəddar formalarda həyata keçirilən deportasiyalar nəticəsində yalnız insanlar faciələrlə üzləşməmişlər. Həmçinin tarixi abidələrimiz, mədəni-dini irs nümunələrimiz də erməni vandalizminə məruz qalıb. Ermənilər tarixi ərazilərimizdə azərbaycanlı izlərini itirməkdən ötrü ən ağlagəlməz vasitələrə əl atıblar. Hətta qəb?ristanlıqlar, məscidlər belə dağıdılıb. O cümlədən UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurulub.

Əgər XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid qeydiyyatdan keçmişdisə, indi müasir Ermənistan ərazisində yalnız 1 məscid qalıb -  Göy məscid. Lakin bu abidəyə münasibətdə də erməni xisləti ortadadır. Belə ki, Ermənistan Göy ?əscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Prezident İlham Əliyev bildirib ki, regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.

Yeni strateji mərhələnin əsas ümummilli ideyalarından biri

İkinci Qarabağ müharibəsinədək müstəqil Azərbaycanın əsas ümummilli ideyası ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi idi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu məsələ daim ölkəmizin gündəliyinin mərkəzində saxlanıldı və milli güc bu istiqamətdə səfərbər edildi. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı qələbələr sayəsində biz əsas ümummilli ideyamızın gerçəkləşməsinə nail olduq.

Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələrin əhəmiyyəti misilsizdir. Biz dünya erməniliyinə, Azərbaycanofob güclərə qalib gəlmişik. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, biz uğurlarımızı, tarixi zəfərlərimizi uzun müddət istismar edə bilmərik. Yeni strateji mərhələdə qarşımızda digər mühüm prioritetlər dayanır. Hazırda bizim əsas ümummilli ideyalarımızdan biri zamanında indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanıların tarixi yurd yerlərinə qayıdışının təmin edilməsi ilə bağlıdır. Azərbaycan dövləti və cəmiyyəti bu məsələdə israrlı yanaşma sərgiləyir.

Məğlub Ermənistan Qərbi Azərbaycandan olan insanların geri qayıdış hüququnu tanımaq istəmir. Rəsmi İrəvan Azərbaycanın bu məsələni gündəmə gətirməsini yanlış olaraq Ermənistanın ərazi bütövlüyünə təhdid anlamında təqdim etməyə çalışır. Bu, Ermənistan rəhbərliyinin əl atdığı növbəti manipulyasiyadır. Ölkəmizin heç bir qonşu dövlətin, o cümlədən də Ermənistanın ərazi bütövlüyünü pozmaq kimi bir niyyəti yoxdur. Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıtmaları məsələsinə gəldikdə isə bu, beynəlxalq hüquqla təsbit edilən insan haqları məsələsidir. Ermənistanın özünün də qoşulduğu bir sıra beynəlxalq konvensiyalar insanların qayıdış hüquqlarını tanıyır. Bu sıradan Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı, Pinheiro Prinsiplərini və beynəlxalq adət hüququnu qeyd etmək mümkündür.

Biz tarixi ərazilərimizə dinc yolla qayıtmaq istəyirik. Prezident İlham Əliyevin təbirincə desək, soydaşlarımız Qərbi Azərbaycana tanklarla yox, avtomobillərlə qayıdacaqlar. O cümlədən nüvədililər də tarixi qayıdış gününə şahidlik edəcəklərinə əmindirlər. Onlar möhkəm inanırlar ki, “Qərbi Azərbaycanda boşaldılan sonuncu kəndimiz Nüvədi” ifadəsi gün gələcək  “Qərbi Azərbaycana qayıdan ilk kəndimiz Nüvədi” deyimi ilə əvəzlənəcək və biz bu ifadəni məhz Azərbaycan Prezidenti İlham Əliyevin dilindən eşidəcəyik.

Mübariz ABDULLAYEV

Chosen
18
1
yeniazerbaycan.com

2Sources