EN

Yassin Benzianın yeni klubu bilindi

"Qarabağ"dan ayrılan Yassin Benzianın yeni komandası müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, əlcəzairli yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.Təcrübəli futbolçu "Əl-Feyha" klubu ilə rəsmi müqavilə imzalayıb. Bu barədə Səudiyyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı oyunçu ilə 1 mövsümlük müqavilə bağlanılıb.

Qeyd edək ki, Yassin Benzia 2023-cü ildən etibarən "Qarabağ"ın şərəfini qoruyub və bu müddətdə Azərbaycan çempionu ilə bir sıra uğurlara imza atıb. O, eyni zamanda Əlcəzair millisinin də üzvüdür.

Chosen
52
90deqiqe.az

1Sources