Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Cebheinfo.az" “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, buna səbəb Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində bu gün təmir-bərpa işləri aparılmasıdır.
Bildirilib ki, saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
"Cebheinfo.az"