EN

Bakının bu hissəsində işıq yoxdur

Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Gundem.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, buna səbəb Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində bu gün təmir-bərpa işləri aparılmasıdır.

Bildirilib ki, saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
106
27
gundem.az

10Sources