EN

Fransada Parisdən böyük ərazi yanır

Operativ MM saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransanın cənubunda, İspaniya sərhədinə yaxın olan Aude bölgəsində yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki,  baş verən böyük yanğın 39 min 500 dönümdən çox meşə və kənd təsərrüfatı sahəsini külə döndərib.

Yanğın nəticəsində indiyə qədər bir nəfər həyatını itirib, 13 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb.

Fransa Baş naziri Fransua Bayru bu yanğını misli görünməmiş miqyasda bir fəlakət kimi dəyərləndirib.

Yanğına müdaxilə üçün 2 min 100-dən çox yanğınsöndürən və bir neçə yanğınsöndürmə təyyarəsi cəlb edilib. Bu gündən etibarən hərbi birləşmələrin də əraziyə göndəriləcəyi bildirilib.

Qeyd olunub ki, yanğın baş verən ərazil Parisin ərazisindən böyükdür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
18
operativmm.az

10Sources