EN

Bakıda ağır qəza: İki avtomobil toqquşdu - VİDEO

Xəzər rayonu, Binə qəsəbəsində avtonəqliyyat hadisəsi baş verib.

Vətəndaşlar bu barədə "Sitat.info"ya məlumat veriblər.

"Mehriban qonşular" adlanan ərazidə "Mersedes" markalı avtomobillə "Ford"markalı avtomobili toqquşub. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Xoşbəxtlikdən hadisə nəticəsində ölən olmayıb. Sürücülərin yüngül xəsarət aldığı bildirilir. 

Qeyd edək ki, həmin istiqamətdə tənzimləyici yol nişanı mövcud deyil.

Sitat.info videolenti təqdim edir:

 

Chosen
35
sitat.info

1Sources