EN

bp AÇG-də əməliyyat xərclərini artırıb

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun tərəfdaşlarıAzəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərətəxminən 259 milyon ABŞ dolları əməliyyat xərcləri və 558 milyonABŞ dolları əsas kapital xərcləri sərf ediblər.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövründə bu göstəricilərmüvafiq olaraq 243 milyon və 698 milyon dollardan çox təşkiletmişdi.

Beləliklə, illik müqayisədə əməliyyat xərcləri 6.6 faiz artıb,əsas kapital xərcləri isə 20 faizdən çox azalıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçıtərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkətioperatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp – 30.37%

SOCAR – 31.65%

MOL – 9.57%

İNPEKS – 9.31%

EksonMobil – 6.79%

TPAO – 5.73%

İTOÇU – 3.65%

ONGC Videş – 2.92%

Chosen
280
50
az.trend.az

10Sources