EN

Putin Hindistana gedəcək

Bu barədə Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdəməlumatverib. O söyləyib ki, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri "çox yaxşı, təqdirəlayiq" səviyyədir.

"Prezident Vladimir Putinin Hindistana bu ilin sonunda planlaşdırılan səfəri barədə məlumat almaqdan şadam",- müşavir vurğulayıb.

Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi keçən ilin iyulunda Moskvaya getmiş, səfər çərçivəsində XXII Rusiya-Hindistan illik sammiti keçirilmişdi. O, sammitin yekununda Rusiya Prezidentini öz ölkəsinə səfərə çağırmışdı. Kremlin mətbuat xidməti bu ilin mayında "dəvətin minnətdarlıqla qarşılandığını" diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az
Chosen
15
2
azvision.az

3Sources