EN

Vaşinqton görüşü: Sülh üçün YENİ MƏRHƏLƏ! - Sərdar Cəlaloğlunun analizi

"Əslinə baxsaq, Ermənistan-Azərbaycan arasında sülh prosesi başlayıb. Söhbət burada prosesin nə vaxt necə başa çatdırılmasından gedir.

Burada əsas problem o idi ki, Ermənistan- Azərbaycan arasında sülh mqaviləsi imzalamasında vasitəçilik kim edəcəksə, Cənubi Qafqazda da öz təsirini saxlayacaqdır".

Bu sözləri "Sitat.info"ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu Vaşinqton görüşündən ciddi nəticələr gözlədiyini bildirib: "Uzun müddətdir ki, Rusiya Avropa və Amerika ilə rəqabət aparırdı. Moskva müstəvisi, Vaşinqton müstəvisi, Brüssel müstəvisi, hətta bir ara Tehran müstəvisinə də cəhd  edildi.

İndi gedişat göstərir ki, Amerika müstəvisi digər müstəviləri üstələyibdir. Bu birinci növbədə Rusiyanın Azərbaycanla və Ermənistanla münasibətlərinin korlanması ilə bağlıdır. İkincisi Avropa Birliyinin belə təşəbbüslərdə bir o qədər həvəsli olmaması ilə bağlıdır ki, Amerika ilə münasibətləri korlamaq istəmirdilər. Tehran isə bu proseslərdə demək olar ki, haqq qazanmayıb. Ona görədə də yeganı tərəf kimi Amerika qalır. Amerikada Azərbaycanla Ermənistan arasında bu başlayan sülh prosesini yeni bir mərhələyə qaldıracaq. Son sülh müqviləsinə bir addım qalacaq. Bu baxımdan təbii ki, Amerika səfəri önəmlidir. Təbii ki, Tramp istədiyini həm Azərbaycan, həm Ermənistandan alacaq. Son vaxtkı hadislələr göstərir ki,  Azərbaycan da, Ermənistan da, Rusiyadan böyük sürətlə uzaqlaşaraq, Amerikaya yaxınlaşmağa cəhd edirlər. Bunun üçün də Amerikanı razı salmaq lazımdır. Hətta Trampın özünün nüfuzu üçün önəmlidir. Ümumiyyətlə, Vaşinqton görüşündən ciddi nəticələr gözləyirəm".

Nigar,

Sitat.info

Chosen
48
1
sitat.info

2Sources