EN

Agentlik indiyə qədər I sinfə qəbul edilən uşaqların sayını açıqlayıb

İndiyə qədər 125 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb.

Day.Az xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli MÜTDA-nın canlı yayımında deyib.

O bildirib ki, mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Chosen
20
20
day.az

10Sources