EN

Ronaldo istədi, “Əl Nəsr” razılığını aldı

“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını Səudiyyə Ərəbistanıda davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Əl Nəsr”lə razılığa gəlib. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb. Qrinvud ərəblərin təklifini qəbul edib. Klublar arasında danışıqlar davam edir.

Daha öncə “Əl Nəsr”də çıxış edən Kriştiano Ronaldonun 23 yaşlı futbolçunu rəhbərliyə təklif etdiyi bildirilib.

Qrinvud ötən mövsümdə “Marsel”lə 21 qol vurub və çempionatın bombardirləri siyahısında PSJ-dən Osman Dembele ilə şərikli lider olub.

Chosen
21
1
futbolpress.az

2Sources