K.Zatulin, “banilərin”in sözü olmasın, bir növ Rusiya xarici siyasətinin “güzgüsüdür”...
O, Dövlət Dumasının uzun və qəliz adı olan komitə sədrinin birinci müavinidir. Qısası, postsovet ölkələri ilə münasibətlər mövzusu məsələlərinə “baxır”.Bu sahədəki gərgin fəaliyyət nəticəsində o, “kuratorluq etdiyi” ölkələrin əksəriyyətində persona non-qrataya çevrilib. O həm də Qərbin bir sıra sanksiyalarına məruz qalıb.
Ümumiyyətlə, bu cür siyasətçilərlə Rusiyanın xarici siyasətinin bu və digər sahələrdə növbəti uğursuzluğu, yumşaq desək, gözləniləndən də artıqdır...