ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək görüş sülh çərçivə sənədinin imzalanması ilə yekunlaşacaq.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
ABŞ rəsmilərinin açıqlamasına görə, sənəddə Cənubi Qafqazda yerləşən və strateji əhəmiyyət daşıyan tranzit dəhlizi (Zəngəzur dəhlizi – red.) üzrə xüsusi inkişaf hüquqlarının ABŞ-a verilməsi də nəzərdə tutulur. Dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq.
Son Yazılar:
- Zəngəzur dəhlizi AÇILIR – Adı BELƏ OLACAQ
- İlham Əliyevin Vaşinqtondakı korteji – VİDEO
- İlham Əliyev ABŞ-də səfərdədir – FOTOLAR
İmzalanacaq çərçivə sənədi Ermənistan və Azərbaycan arasında “sülhə konkret yol xəritəsi”ni müəyyən etməyi və uzun illərdir mübahisə mövzusu olan tranzit dəhlizi məsələsini həll etməyi hədəfləyir.
Dəhliz çərçivəsində Ermənistan ABŞ-a uzunmüddətli infrastruktur və idarəetmə hüquqları verməyə razılaşıb. ABŞ bu dəhlizi kommersiya əsaslı subpodratçılara icarəyə verəcək.
Trampın vasitəçiliyi ilə baş tutan görüş çərçivəsində Ermənistan və Azərbaycan liderləri həmçinin ATƏT-in 1992-ci ildə yaradılmış və Fransa, Rusiya, ABŞ-ın həmsədr olduğu Minsk Qrupunun rəsmi olaraq buraxılması üçün sənəd imzalayacaqlar.