EN

Ramiz İdrisoğlu: Mərkəzi Parkın 21 hektar ərazisinin yenidən qurulması planlaşdırılır

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Bu günə qədər Mərkəzi Parkın 36 hektar ərazisi istifadəyə verilib, növbəti mərhələdə 21 hektar ərazinin yenidən qurulması, layihələndirilməsi planlaşdırılır".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.

O bildirib ki, Bakı şəhərində tarixi və mədəni irsin qorunması, mənzil fondunun, infrastrukturun yenilənməsi, ictimai məkanların yaşıllıq sahələrinin salınması, eləcə də ekoloji dayanıqlılığın təmin edilməsi Bakı şəhərinin 2040-cı ilə qədər nəzərdə tutulmuş Baş Planının əsas inkişaf hədəflərindəndir:

"Bu məqsədlə Mərkəzi Parkın genişləndirilməsi layihəsinə başlanılıb. Buranın həm iqlim şəraiti, həm florası, həm də ətraf mühitinə uyğun olaraq geniş yaşıllıq sahələrinin salınması, süni gölün yaradılması, eləcə də idman və mədəni tədbir zonalarının, uşaqlar üçün oyun meydançalarının, qapalı avtodayanacağın yaradılması nəzərdə tutulub.

Məqsəd şəhərin bu ərazisində sakinlər üçün ekoloji təmiz və uyğun ictimai məkanın yaradılmasıdır".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
oxu.az

1Sources