EN

Dünyanın ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

21 yaşadək futbolçular arasında ən yaxşı oyunçu adına namizədlər bəllidir.

Fanat.Az xəbər verir ki, “France Football” nəşri "Kopa Trophy" mükafatını qazana biləcək oyunçuları açıqlayıb.

Siyahıda Pau Kubarsi, Lamin Yamal (hər ikisi "Barselona", İspaniya), Ayyub Buaddi ("Lill", Fransa), Dezire Due, Joau Neveş (hər ikisi PSJ, Fransa), Estevao ("Çelsi", İngiltərə), Din Heysen ("Real Madrid", İspaniya), Maylz Lyuis Skelli ("Arsenal", İngiltərə), Rodriqo Mora ("Portu", Portuqaliya) və Kenan Kenan Yıldız ("Yuventus", İtaliya) daxil edilib.

Səsvermədə "Qızıl top" mükafatının qalibləri iştirak edəcəklər. Hər bir şəxs namizədlər siyahısında üç oyunçu seçməlidir.

Qeyd edək ki, ötən il bu mükafat Lamin Yamala təqdim olunub.

Chosen
113
7
fanat.az

8Sources