EN

Dünyanın ən seksual qadın futbolçusu klubunu dəyişir

Dünyanın ən seksual qadın futbolçusu hesab edilən isveçrəli Alişa Lemann "Yuventus"dan ayrılır.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Miriana Kardinale məlumat verib.

Onun sözlərinə görə, Lemann "Komoya" keçmək üçün razılıq əldə edib. Hazırda tərəflər yalnız detalları dəqiqləşdirirlər.

Alişa ötən yay "Yuventus"a qoşulmuşdu. Onun transferi "Aston Villa"dan alınan sevgilisi Duqlas Luisin tələbi ilə reallaşmışdı. Həmin vaxt Lemann da İngiltərə klubunda çıxış edirdi.

Lakin aprelin sonunda cütlük ayrılıb. Onlar təxminən bir il birlikdə olublar.

Chosen
67
3
publika.az

9Sources