Fransanın məşhur “France Football” nəşri 2025-ci il üçün kişilər arasında futbol üzrə ən yaxşı məşqçi adına namizədləri açıqlayıb.
QOL.az xəbər verir ki, mükafata 5 namizəd göstərilib.
Bunlar Antonio Konte ("Napoli"), Luis Enrike (PSJ), Hans-Diter Flik ("Barselona"), Enzo Mareska ("Çelsi") və Arne Slotdur ("Liverpul").
Xatırladaq ki, 2024-cü ildə həmin vaxt “Real”ə başçılıq edən Karlo Ançelotti dünyanın ən yaxşı məşqçisi seçilmişdi.