2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı üçün namizədləri açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, tanınmış “France Football” nəşri bu ilin ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını təqdim edib.
Siyahıda beş mütəxəssis yer alıb – Antonio Konte (“Napoli”), Luis Enrike (PSJ), Hans-Diter Flik (“Barselona”), Enzo Mareska (“Çelsi”) və Arne Slot. (“Liverpul”)
Qalibin adı sentyabrın 22-də açıqlanacaq.