EN

Azərbaycanda kərpic zavodunun ərazisi 1 milyon manata satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Banker.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən müəssisə – əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.

Hərraclarda iştirak etmək istəyən şəxslər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet səhifələri vasitəsilə hərraca çıxarılan əmlak üzrə seçim edə bilərlər.

Chosen
26
14
banker.az

10Sources