Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 209 kvadratmetr olan mağazanın 5 kvadratmetr taxta vitrin hissəsi yanıb.
Nazirliyin mətbuat xidmətindənAjans.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.