EN

Bütün yaxınlarınızı xəbərdar EDİN! Hətta gənclər belə aldanır

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son zamanlar ölkədə kiberdələduzluq hallarında ciddi artım müşahidə olunur. İnternet və mobil texnologiyaların geniş yayılması fonunda fırıldaqçılar daha hiyləgər üsullara əl ataraq vətəndaşları aldadıb onların bank kartı məlumatlarını ələ keçirir, hesablarındakı vəsaitləri qanunsuz yollarla mənimsəyirlər. Ən çox rast gəlinən hallardan biri saxta zənglər, mesajlar və ya linklər vasitəsilə insanlara bank və ya rəsmi qurum adından müraciət edilməsidir. 

Bəs dələduzlardan necə qorunmaq olar?

Məsələ ilə bağlıNews24.az-a danışan texnoloq Elvin Həsənov bildirib ki, bank kartlarına qarşı edilən dələduzluqların qarşısını almağın başlıca yolu vətəndaşların texnoloji cəhətdən maariflənməsi və ehtiyatlı davranmasından keçir:

“Bir çox halda bu cür halların baş vermə səbəbi kart istifadəçilərinin texnoloji təhlükəsizlik qaydalarına riayət etməməsi və sosial mühəndislik hiylələrinə inanması ilə bağlı olur. İlk növbədə vətəndaşlar bilməlidirlər ki, bank və ya digər rəsmi qurumlar heç vaxt SMS-lə gələn təsdiq kodu, kartın CVV kodunu və ya şəxsi PIN məlumatlarını istəmir. Əgər biri zəng edərək bu məlumatları tələb edirsə, bu artıq fırıldaqçılıq əlamətidir və dərhal həmin zəng dayandırılmalıdır”.

Texnoloqun sözlərinə görə, internetdə edilən alış-veriş zamanı yalnız rəsmi və təhlükəsizlik sertifikatı olan saytlardan istifadə edilməlidir. Tanımadığınız linklərə keçid etmək, sosial şəbəkələrdə yayılan “bonus qazandınız” tipli şübhəli elanlara klikləmək fırıldaqçıların ən çox istifadə etdiyi üsullardandır:

“Smartfondakı zərərli proqramlar vasitəsilə şəxsi məlumatların oğurlanması halları da artıb. Bu səbəbdən, vətəndaşlara tövsiyə olunur ki, əsas kartlardan əlavə virtual və ya limiti az olan kartlardan istifadə etsinlər. Bu, onlayn ödənişlər zamanı mümkün riski xeyli azaldır”.

E.Həsənov həmçinin əlavə edib ki, bütün ödənişlər üzrə SMS və ya mobil tətbiq bildirişləri aktiv saxlanmalıdır. Bu, icazəsiz əməliyyatların dərhal aşkar olunmasına imkan yaradır. Əgər hər hansı şübhəli əməliyyat müşahidə olunarsa, ilk növbədə bankla əlaqə saxlanmalı, kart blok edilməli və hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır.

Aqil QarayevNews24.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
1
news24.az

2Sources