EN

Aİ Ukraynada nizamlanma üçün Rusiyaya istənilən təzyiqi alqışlayır

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar masasına qayıtmasına yönəlmiş istənilən təzyiqi alqışlayır.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin xarici işlər üzrə nümayəndəsi Anita Hipper bəyan edib.

O vurğulayıb ki, heç kim Ukrayna və Aİ-dən daha çox sülh istəmir.

"Aydındır ki, Rusiya sülhə nail olmaqda maraqlı deyil - bunu onun sözləri deyil, əməlləri təsdiqləyir. Biz Rusiyanın danışıqlar masasında olmasına yönəlmiş istənilən təzyiqi, davamlı atəşkəsə nail olunması istiqamətində istənilən işi alqışlayırıq", - Hipper bildirib.

Bəyanat avqustun 6-da Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya Prezidenti Vladimir Putin arasında aparılmış danışıqlardan sonra səslənib. Avropa liderləri bu görüşlərə dəvət olunmayıblar.

Aİ-nin rəsmi nümayəndəsi Arianna Podesta bu danışıqları şərh edərkən qeyd edib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu barədə ətraflı məlumatlandırılıb və həmişəki kimi liderlərlə əlaqə saxlayıb.

"O, daim onlarla təmasdadır, xüsusilə belə vacib məsələlərdə", - Aİ nümayəndəsi bildirib.

Ukrayna üzrə danışıqlar prosesində Aİ-nin iştirak etməməsi ilə bağlı mümkün məyusluq barədə suala cavab olaraq Podesta vurğulayıb ki, görüşün formatı və digər parametrləri aydın deyil, "ona görə də məyusluqdan söhbət gedə bilməz".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
2
azpolitika.info

3Sources