EN

Nəbatat Bağında piknik yeri bağlandı - Burda uşağı ilan sancmışdı

Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Nəbatat Bağından azyaşlını ilan sancması xəbərinə REAKSİYA


Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb. Rəsmi açıqlamada orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğunun mümkün olduğu bildirilib, ziyarətçilərdən təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilib.

Bundan sonra isə iyulun 30-dan bağda sanitar-gigiyena tədbirləri çərçivəsində genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb.

Bağın giriş hissəsi, uşaq meydançası və piknik zonasına xüsusi preparatlar tətbiq edilərək təmizlənib.

Bizim.Media

Chosen
60
23
bizim.media

10Sources