EN

Tərtərdə qanunsuz inşa edilən qeyri yaşayış obyekti sökülüb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tərtər, 7 avqust, AZƏRTAC

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən, özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədilə rayon ərazisində növbəti monitorinq keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Xoruzlu kəndində, kənd sakini Xəzər Dadaş oğlu Orucov tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkarlanıb.

Qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
4
azertag.az

6Sources