EN

Netanyahu İsrailin Qəzzanı ilhaq etmək niyyətində olmadığını açıqlayıb

İsrailin Baş naziri Binyamin Netanyahu rəsmi Təl-Əvivin Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını bildirib.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, o, bu barədə Hindistanın ingilisdilli “CNN-News18” nəşrinə müsahibəsində deyib.

Netanyahu vurğulayıb ki, İsrail Qəzzanı ilhaq etməyəcək və bu əraziyə nəzarəti keçid idarəetmə orqanına verməyi planlaşdırır.

O, həmçinin İsrailin hazırkı münaqişədə əsas məqsədlərini təsdiqləyib: HƏMAS-ın tamamilə məhv edilməsi və qalan bütün girovların qeyd-şərtsiz azad edilməsi.

İsrail Baş nazirinin sözlərinə görə, hərəkat üzvləri silahlarını yerə qoysa və oğurlananların hamısını azad etsə, döyüşlər tez bitə bilər.

Chosen
5
4
demokrat.az

5Sources