EN

Azərbaycanla müqavilə imzalamaq Ermənistanın milli maraqlarına ziddir–Tiqran Köçəryan



Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda sülh memorandumu imzalasalar, bu, Ermənistanın milli maraqlarına zidd olacaq.

Newscenter.az erməni mediasına istinadən bildirir ki, bunu “Alpha News”un baş redaktoru Tiqran Köçəryan deyib.

"Paşinyana üzərində "sülh" yazılmış kağız lazımdır. Bu kağız ona seçkilərdə iştirak etmək üçün vacibdir. Paşinyanın danışıqlarda şəxsi zəmanəti odur ki, o, qeyri-müəyyən müddətə hakimiyyətdə qalacaq. Hamı başa düşür ki, bu "sülh" əsl sülhdən daha çox növbəti kapitulyasiyaya oxşayır", - o deyib.

Onun fikrincə, “sülh”ün bərqərar olması həm İranın, həm də Rusiyanın maraqlarını pozar.

"İranın şimalına gedən yol ABŞ-ın silahlı özəl hərbi şirkəti tərəfindən bağlanacaq. Ermənistanın özü də müxtəlif geosiyasi mərkəzlərin nəzarəti altında olacaq və bu, son nəticədə Ermənistanın "suriyalaşmasına" səbəb ola bilər", -deyə Köçəryan söylıəyib.

Anar Əliyev
Chosen
22
newscenter.az

1Sources