EN

"Qalatasaray" 2 futbolçusunun transfer qiymətini müəyyənləşdirdi - 80 milyon avro

Yay transfer pəncərəsində bir sıra Avropa nəhənglərinin radarında olan Barış Alper Yılmaz və Qabriel Sara üçün "Qalatasaray" rəhbərliyi son nöqtəni qoyub.

Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" hər iki futbolçu üçün minimum 40 milyon avroluq qiymət etiketi müəyyənləşdirib.

Bu barədə məlumatı "Fanatik" yayıb.

Klub bu rəqəmin altında gələcək heç bir təklifi masa üzərinə belə qoymaq niyyətində deyil.

Son zamanlarda xüsusilə Barış Alper Yılmazın adı İngiltərə və Almaniya klubları ilə hallanır, Qabriel Saraya isə bir neçə Seriya A klubunun maraq göstərdiyi bildirilir.

Kamil Xudiyev

Chosen
26
fanat.az

1Sources