EN

Bərdədə 32 yaşlı kişini maşın vurdu

Bərdədə avtomobildən düşən şəxsi maşın vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Rayon sakini Abdullayev Natiq idarə etdiyi “KİA” markalı avtomobil ilə hərəkətdə olarkən digər avtomobildən düşən 1993-cü il təvəllüdlü Həsənov Orxanı vurub.

Nəticədə O.Həsənov müxtəlif dərəcəli xəsarətlər ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı

Chosen
65
2
qafqazinfo.az

10Sources