EN

Livan ABŞ-ın “Hizbullah”ı tərksilah etmək təklifi ilə razılaşıb

Livanın Nazirlər Kabineti ABŞ-ın “Hizbullah” hərəkatını tərksilah etmək üçün irəli sürdüyü təklifin bəndləri ilə razılaşıb.

APA xəbər verir ki, bunu Livanın İnformasiya naziri Pol Morkos bildirib.

Nazirin sözlərinə görə, ABŞ-ın təklif etdiyi razılaşmanın əsas məqamları arasında “Hizbullah” da daxil olmaqla silahlı qruplaşmaların mövcudluğunun mərhələli şəkildə aradan qaldırılması, Livan ordusuna dəstək və onun ölkənin cənubunda yerləşdirilməsi daxildir.

Chosen
7
30
apa.az

10Sources