EN

ABŞ-nin rüsum qərarından sonra Hindistan Rusiyadan neft alışını dayandırıb

ABŞ Hindistanın idxalına 25 faiz rüsum tətbiq etdikdən sonra Hindistanın dövlət neft emalı zavodları Rusiyadan neft alışını dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, hələlik Hindistan hökuməti neft emalı zavodlarına Rusiya neftinin alınmasını dayandırmaq barədə rəsmi göstəriş verməyib.

Narendra Modi administrasiyası Donald Trampın təşəbbüsü ilə tətbiq edilən tariflərin tətbiqinə müqavimət göstərir.

Qeyd edək ki, avqustun 6-da Amerika lideri Hindistandan idxal edilən mallara əlavə 25 faiz rüsum tətbiq edən sərəncam imzalayıb.

Bu qərarın əsas səbəbi Hindistanın Rusiyadan neft almaqla Ukraynadakı münaqişə kontekstində Moskvaya səmərəli maliyyə dəstəyi verməsi idi.

Yeni rüsumun tətbiqi nəticəsində Hindistan mallarına rüsumların ümumi məbləği 50 faizə çatıb.

Chosen
21
3
operativmedia.az

4Sources