EN

Daha bir təyyarə qəzaya uğradı - 6 ölü var

Keniyanın paytaxtında yüngül mühərrikli təyyarə yaşayış binalarına çırpılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Keniyanın “The Star” qəzeti yayıb.
 

Məlumata görə, yüngül mühərrikli təyyarə Keniyanın paytaxtı Nayrobidə yaşayış massivində qəzaya uğrayıb.


Qəza nəticəsində təyyarədə olan 4 sərnişin və yerdə olan 2 nəfər ölüb.

Hadisə yerinə gələn hərbçilər və polis ərazini mühasirəyə alıb və araşdırmalara başlayıb.

Bizim.Media

Chosen
104
12
bizim.media

10Sources