EN

Livan ABŞ-nin “Hizbullah”ın tərk-silah edilməsi təklifi ilə razılaşıb

Livan hökuməti ABŞ prezidenti Donald Trampın “Hizbullah” hərəkatını tərk-silah etmək təklifi ilə razılaşıb...

“Report” xəbər verir ki, bu barədə Livanın informasiya naziri Pol Morkos bildirib.

Nazirlər Kabineti Amerika tərəfinin təklifində göstərilən bəndləri təsdiqləyib”, - Morkos jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ABŞ-nin təklif etdiyi razılaşmanın əsas məqamları arasında “Hizbullah” da daxil olmaqla, silahlı qruplaşmaların mövcudluğunun mərhələli şəkildə aradan qaldırılması, Livan ordusuna dəstək və ordunun ölkənin cənubunda yerləşdirilməsi daxildir.

Poliqon.info

Chosen
44
30
poliqon.info

10Sources