“Barselona”nın futbolçusu İniqo Martinez klubdan ayrılıb. Metbuat.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano açıqlama verib. Məlumata görə, futbolçu azad agent kimi klubdan ayrılıb. İddia edilir ki, futbolçunun müqaviləsində bununla bağlı bənd qeyd edilib. Bəndə görə, futbolçunun təklif alacağı təqdirdə azad agent kimi klubdan ayrılmaq hüququ olub. İddialara görə, futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olacaq. Qeyd edək ki, İniqo Martinezin “Barselona” ilə müqaviləsi 2026-cı ildə yekunlaşırdı.