EN

Atəş altında zirzəmidə heykəltaraşlıq nümunələri hazırlayan azərbaycanlılar…VİDEO

Atəş altında zirzəmidə heykəltaraşlıq nümunələri hazırlayan azərbaycanlılar…

Onlar 4 ildir ki, səhəri silah səsləri ilə açıb, gecəni müxtəlif dağıntılarla qarşlayırlar. Peşələri rəssam-heykəltaraş, emalatxanaları isə zirzəmidir.

Bura Ukraynanın Xarkov şəhəridir.

Katib Məmmədov əslən Azərbaycanlıdır, Gəncədəndir.  Uzun illərdir Xarkovda yaşayır, hətta bu şəhərin fəxri vətəndaşı olan yeganə Azərbaycanlıdır. O nəinki bu ölkənin tanınmış heykəltaraşı, həm də Ukraynanın Xalq rəssamıdır.

O, tək deyil, oğlu da onunla birlikdədir. Ata-oğul  silahların susmadığı Xarkovda sığınacaq emalatxanada fəaliyyət göstərirlər.

Emil Məmmədov deyir ki, hazırda forma yaradan işlər üzərində çalışır. O, bütün Ukraynanın potensial bəzəyi ola biləcək heykəllər yaratmaq niyyətindədir. Bununla da Azərbaycan -Ukrayna arasında məhz mədəniyyət sahəsində ikitərəfli qarşılıqlı əlaqələri gücləndirmək istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
10
xezerxeber.az

1Sources