Livan hökuməti ABŞ prezidenti Donald Trampın “Hizbullah” hərəkatını tərk-silah etmək təklifi ilə razılaşıb.
Viral.az xəbər verir ki, bu barədə Livanın informasiya naziri Pol Morkos bildirib.
“Nazirlər Kabineti Amerika tərəfinin təklifində göstərilən bəndləri təsdiqləyib”, – Morkos jurnalistlərə açıqlamasında deyib.
Son Yazılar:
- Livan ABŞ-nin “Hizbullah”la bağlı tələbini qəbul ETDİ
- Tramp rusiyalı həmkarı ilə görüşmək üçün şərtini AÇIQLADI
- Bu ölkədə dəhşətli təyyarə qəzası
Nazirin sözlərinə görə, ABŞ-nin təklif etdiyi razılaşmanın əsas məqamları arasında “Hizbullah” da daxil olmaqla, silahlı qruplaşmaların mövcudluğunun mərhələli şəkildə aradan qaldırılması, Livan ordusuna dəstək və ordunun ölkənin cənubunda yerləşdirilməsi daxildir.