EN

KL: "Araz” evdə böyük hesabla məğlub olub - Yenilənib

“Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb...

Apasport.az xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da keçirilən görüş saat 20:00-da başlayıb.

4 qolun vurulduğu matçda "Araz-Naxçıvan" rəqibinə 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu isə avqustun 14-də Kiprdə baş tutacaq.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun

20:00 Araz-Naxçıvan – Omoniya (Kipr) 0:4

Qol: Laizos Laizu, 13, 22, Evandro, 55

"Araz-Naxçıvan": 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala

Baş məşqçi: Elmar Baxşıyev

"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu

Baş məşqçi: Henninq Berq

***

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, bu dəfə də qonaqlar sevinən tərəf olublar.

58-ci dəqiqədə Stefan Yovetiç fərdi daha da artırıb - 4:0.

***

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, qonaqlar fasiləyə 2:0 hesabı ilə öndə yollanıblar.

Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib.

***

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar fərqi daha da artırıblar - 2:0.

Loizos Loizu 22-ci dəqiqədə dubl edib.

***

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, matçda ilk qolu qonaqlar vurublar.

13-cü dəqiqədə Loizos Loizu fərqlənib.

***

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı çexiyalı FIFA referisi Andrjey Berka idarə edir.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

Poliqon.info

Chosen
80
34
poliqon.info

10Sources