EN

Vaşinqtonda sazişin imzalanması üçün Azərbaycanın şərtləri var - VİDEO

Azərbaycanın Ermənistanla mümkün sülh sazişi imzalanması məsələsində mövqeyi güclüdür.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfərinə həsr olunmuş süjetində deyilir.

Xatırladılır ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Bildirilir ki, üçtərəfli görüşdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması məsələsi müzakirə ediləcək.

Qeyd edilir ki, sazişin imzalanması üçün Azərbaycanın şərtləri var və bu məsələdə Bakının mövqeyi güclüdür.

İrəvan isə buna qarşı çıxa biləcək vəziyyətdə deyil.

Ətraflı süjetdə:


Bizim.Media

Chosen
47
4
bizim.media

5Sources