Livanın Nazirlər Kabineti ABŞ-ın “Hizbullah” hərəkatını tərksilah etmək üçün irəli sürdüyü təklifin bəndləri ilə razılaşıb.
News365.az xəbər verir ki, bunu Livanın İnformasiya naziri Pol Morkos bildirib.
Nazirin sözlərinə görə, ABŞ-ın təklif etdiyi razılaşmanın əsas məqamları arasında “Hizbullah” da daxil olmaqla silahlı qruplaşmaların mövcudluğunun mərhələli şəkildə aradan qaldırılması, Livan ordusuna dəstək və onun ölkənin cənubunda yerləşdirilməsi daxildir.