EN

"OpenAI" GPT-5 modelini təqdim edib

OpenAI şirkəti növbəti nəsil süni intellekt modeli olan GPT-5-i rəsmi olaraq istifadəyə verib.

Operativ Media xəbər verir ki, yeni model proqramlaşdırma, məqalə və esse yazmaq, səhiyyə sahəsində diaqnostik analizlər aparmaq kimi müxtəlif funksiyalarda əvvəlki versiyalardan daha sürətli, dəqiq və ağıllı işləyir.

İstifadəçi mürəkkəb suallar ünvanladıqda və ya “dərin düşüncə” tələb edən sorğular verdikdə, sistem avtomatik olaraq bu güclü modelə keçir.

Pulsuz istifadəçilər üçün müəyyən sorğu limiti tətbiq olunub.

Limit aşılarsa, sistem “GPT-5 mini” adlı sadələşdirilmiş versiyaya keçir.  

OpenAI-nin bu yeniliyi süni intellekt texnologiyalarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Chosen
27
operativmedia.az

1Sources