EN

Tovuzda 11 yaşlı qıza zorakılıq edilib?

Bir neçə gün bundan öncə Tovuz rayonunun kəndlərindən birində 11 yaşlı qız uşağına qarşı 25 yaşlı həmkəndlisi tərəfindən mütəmadi olaraq seksual hərəkətlər olunduğu haqda məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva paylaşım edib.

O bildirib ki, məsələ ilə əlaqədar azyaşlının yaxınları tərəfindən ona müraciət olunub. Jurnalist qeyd edib ki, sonuncu dəfə 30 iyulda uşaq evə gələrək qarın nayihəsində ağrılarının olduğunu bildirib. Bununla da hər şey məlum olub:

“Qeyd edək ki, uşaq anadan olandan anası tərəfindən imtina olunub, atası ilə yaşayıb, ata da başqa xanımla ailə qurub. 11 yaşlı qız uşağının yaxınlarının dediklərinə görə, uşağa qarşı cinsi seksual hərəkətlər edən 25 yaşlı qonşu oğlanın ailəsi maddi cəhətdən təminatlıdır”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Tovuz rayonunda azyaşlıya qarşı törədildiyi iddia olunan hüquqazidd hərəkətlərlə bağlı yayılan məlumatlar nəzarətə götürülüb:

Chosen
36
12
publika.az

10Sources