EN

Daha bir təyyarə qəzaya uğradı – 6 nəfər öldü

Keniyanın paytaxtında yüngül mühərrikli təyyarə yaşayış binalarına çırpılıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Keniyanın “The Star” qəzeti məlumat yayıb.

Məlumata görə, yüngül mühərrikli təyyarə Keniyanın paytaxtı Nayrobidə yaşayış massivində qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan 4 sərnişin və yerdə olan 2 nəfər ölüb.

Hadisə yerinə gələn hərbçilər və polis ərazini mühasirəyə alıb və araşdırmalara başlayıb.

Chosen
135
20
konkret.az

10Sources