EN

ABŞ Azərbaycan və Ermənistan arasında razılaşmanın tezliklə əldə olunacağına ümid edir

Bakı. Trend:

ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxınzamanda razılığın əldə olunacağına ümid etdiyini bildirib.

Trend-inməlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuatkatibinin müavini Tommi Piqott cümə axşamı keçirilən brifinqdədanışıb.

“Deyə bilərəm ki, həm prezident, həm də dövlət katibi dəfələrləümumilikdə razılaşmanın tezliklə əldə olunacağına ümid etdiklərinibildiriblər. Hər ikisi bunu bir dəfədən artıq vurğulayıb”, – Piqottdeyib.

Onun sözlərinə görə, dövlət katibi bu mövzunu mütəmadi olaraq,zəruri hallarda gündəmə gətirir.

“Elan ediləcək konkret bir məqam olduqda, bu barədə məlumatverəcəyik. Amma indi təxminlərə və detallara varmaq niyyətindədeyiləm”, – o əlavə edib.

Chosen
19
5
az.trend.az

6Sources