EN

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında razılığın əldə olunmasına dair

Bakı. TurkicWorld:

ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın zamanda razılığın əldə olunacağına ümid etdiyini bildirib.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott cümə axşamı keçirilən brifinqdə danışıb.

“Deyə bilərəm ki, həm prezident, həm də dövlət katibi dəfələrlə ümumilikdə razılaşmanın tezliklə əldə olunacağına ümid etdiklərini bildiriblər. Hər ikisi bunu bir dəfədən artıq vurğulayıb”, – Piqott deyib.

Onun sözlərinə görə, dövlət katibi bu mövzunu mütəmadi olaraq, zəruri hallarda gündəmə gətirir.

“Elan ediləcək konkret bir məqam olduqda, bu barədə məlumat verəcəyik. Amma indi təxminlərə və detallara varmaq niyyətində deyiləm”, – o əlavə edib.

Chosen
19
5
turkic.world

6Sources