EN

Bakıda isti havada yol təmizliyindən məsul işçilər işə cəlb olunublar - FOTO

Bakı şəhərində günorta saat 14 radələrində yol təmizliyindən məsul işçilər işə cəlb olunublar. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda sözügedən işçilərin Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları olduğu bildirilib. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Xatırladaq ki, havanın isti keçməsi ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti temperaturun 41 dərəcəni keçdiyi hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsinə görə işəgötürənlərə xəbərdarlıq edilmişdi.

Bakıda

Chosen
24
3
avtosfer.az

4Sources