EN

İrakli Kobaxidze: 2008-ci il müharibəsi “dərin dövlət”in sifarişi ilə həyata keçirilmiş xəyanət idi

İrakli

“2008-ci ildə Saakaşvili rejimi tərəfindən başladılan müharibə Gürcüstan üçün faciəli nəticələrə səbəb oldu. Bu, sifarişli xəyanət idi”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, Avropa Şurasının qəbul etdiyi və Mixeil Saakaşvili rejiminin də imzaladığı qətnamədə genişmiqyaslı hərbi əməliyyatların məhz Gürcüstanın keçmiş rəhbərliyinin Tsxinvaliyə hücumu ilə başlandığı açıq şəkildə qeyd olunub:

“400-dən çox insanın həyatını itirdiyi, ərazilərimizin işğal olunduğu və separatçı rejimlərin qondarma tanınma aktlarının ortaya çıxdığı prosesə Saakaşvili və onun qanlı rejimi səbəb oldu. Onun hakimiyyəti heç vaxt demokratik olmayıb, saxta seçkilərlə qurulan bir rejim idi”.

Baş nazirin sözlərinə görə, Saakaşvili və onun komandasının 2008-ci ilin avqustunda atdığı addımlar Gürcüstanı deyil, yalnız şəxsi və xarici sifarişləri təmsil edib:

“Bu, fəlakətli bir avantüra idi. Bu, “dərin dövlət”in sifarişi ilə həyata keçirilmiş xəyanət idi. Sizin qorxaq liderinizdən fərqli olaraq, hər bir əsgər bizim üçün qəhrəmandır, Mixeil Saakaşvili”.

Qeyd edək ki, avqustun 8-də 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsinin 17-ci ildönümü qeyd olunacaq. Gürcüstan hökuməti bu münasibətlə bir sıra anım tədbirləri planlaşdırıb.

Chosen
38
5
xalqcebhesi.az

6Sources