EN

Makron Zelenski ilə Ukraynada nizamlanmanı müzakirə etdi

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlətlərinin başçıları və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Makron qeyd edib ki, Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə söhbət kifayət qədər uzun olub.

Bundan əlavə, prezident Fransanın Ukraynaya atəşkəsə nail olmaq səylərində dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Chosen
33
10
publika.az

10Sources