BAKI, 7 avqust. TELEQRAF
"Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - Niderlandın "AZ Alkmaar" və Lixtenşteynin "Vaduts" komandaları arasında ilk oyun keçirilib.
Teleqraf xəbər verir ki, AFAS stadionunda təşkil olunan görüşdə meydan sahibi komanda qələbə qazanıb - 3:0.
Matçda Troy Parrott (29, 74) və Meks Merdnik (80) fərqləniblər.
Komandalar arasında cavab oyunu avqustun 14-də Lixtenşteyndə keçiriləcək.
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə səfərdə Bolqarıstan "Levski"si ilə qarşılaşır.