EN

Baş nazir ölkəni ChatGPT ilə idarə edirmiş

İsveçin Baş naziri Ulf Kristerssonun "ChatGPT"dən istifadə etməsi sözügedən ölkənin cəmiyyətində hiddətə səbəb olub.

Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, hökumət başçısı süni intellektdən alternativ fikir almaq və ölkəni necə idarə etmək barədə rəylər aldığını etiraf edib.

"Mən "ChatCPT"dən tez-tez istifadə edirəm. Ən azı ikinci rəy almaq üçün. "Başqa ölkələrdə nə edilib? Biz bunun əksini düşünməliyikmi?", - deyə o bildirib.

Bir qrup insan isə ChatGPT-ni deyil, Kristerssonu ölkəyə rəhbərlik etmək üçün seçdiklərini bildiriblər.

Chosen
22
7
redaktor.az

8Sources