UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üzrə "Sabah"Bolqarıstan səfərində olub

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakı vaxtı ilə saat 22:00-da "Levski" ilə üz-üzə gəlib. "Levski" 90+8-ci dəqiqədə vurduğu qolla qalib gəlib.

"Sabah" əvvəlki raundda "Petrokub"u, "Levski" isə "Braqa"ya uduzaraq Masazır komandasına rəqib olub.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. Cütün qalibi pley-offda AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə görüşəcək.

UEFA Konfrans Liqası, III təsnifat mərhələsi

İlk oyun

22:00 "Levski" (Sofiya) - "Sabah" 0:0 

Qol: Borislav Rupanov (90+8)

Baş hakim: Duye Strukan

Georgi Asparuhov stadionu

Komandalar meydana aşağıdakı heyətlə çıxıblar:

"Levski": Svetoslav Vuçov, Maykon, Kristian Makun, Asen Mitkov, Mustafa Sanqare, Everton Bala, Qasper Trdin, Aldair Neves, Kristian Dimitrov, Marin Petkov, Radoslav Kirilov
"Sabah": Stas Pokatilov, Stiv Solvet, Rəhman Daşdəmirov, Boyan Letiç, İvan Lepiniça, Pavol Şafranko, Coy-Lens Mikels, Zinədin Uld Xaled, İqor Noqeyra, Cessi Sekidika, Akim Zedadka.